“Məhəmmədəlini tapa bilmirik” – Ailəsindən açıqlama

AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olduğu deyilən yeniyetmə Eqanov Məhəmmədəli ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

 Ailə üzvləri baş vermiş hadisə ilə bağlı “Yeni Sabah”a bildiriblər ki, Məhəmmədəli ilə bağlı heç bir məlumat ala bilmirlər:

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

“Hələ ki dəqiq nə baş verdiyi bilinmir. Çünki uşağın nə halda olduğu barədə hər hansı məlumatımız yoxdur. Atası hadisə yerindədir. Ancaq tapa bilmirlər, kimliyini aydınlaşdırmaq mümkün olmayıb. 

Bəlkə də hansısa xəstəxanadadır. Sağ qalıb... Məlumat yoxdur. Bildiklərimiz sadəcə bunlardan ibarətdir”.  

Qeyd edək ki, Məhəmmədəli Eqanov Bakının Xətai rayonunda yaşayırmış. O, 27 nömrəli tam orta məktəbin 8d sinfində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyətcə çeçendir. 13 yaşlı oğlan Yeni il bayramını qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş. 

İddialara görə, o, təyyarəyə tək minib. Ailəsi həmin məlumatı təsdiqləyib.

Share on Facebook