Xəbər verdiyimiz kimi, AMEA-nın sabiq prezidenti, PA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Axar.az xəbər verir ki, R.Mehdiyev ittiham olunduğu maddələrlə təqsirli bilinərsə, iki dəfə ömürlük cəza ala bilər.
Belə ki, o, CM-in 274, 278.1 və 193-1.2.3-cü maddələri ilə ittiham olunur.
Maddə 278.1 — Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər
Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər;
Cəza: on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 274 — Dövlətə xəyanət
Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə;
Cəza: əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 193-1.3.2 — Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (xeyli miqdarda)
Cəza: Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.axar.az)