Məhbus fəalın həyatı təhlükədədir

Təbriz həbsxanasında saxlanılan ictimai fəal Yaşar Təbrizi işgəncəyə məruz qalıb və səhhətində ciddi problemlər yaranıb.

Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

“Yaşar 33 gün xəbərsizlikdən sonra dekabrn 22-də qısa telefon əlaqəsi saxlayaraq həbsxanada fiziki və psixi işgəncələrə məruz qaldığını bildirib”, - məlumatda deyilir.

Onun yaxınlarının həbsxanadakı mənbələrə istinadən bildirdiyinə görə, ictimai fəal işgəncəyə məruz qalmasına etiraz olaraq quru aclıq aksiyası keçirib.

Günlərlə aclıq edən Yaşar huşunu itirdikdən sonra həbsxananın tibb məntəqəsinə köçürülüb.

Azərbaycanlı fəalın ailəsi bildirib ki, onun həyatına görə Təbriz həbsxanasının rəhbərliyi və İran məhkəmə sistemi məsuliyyət daşıyır.

Noyabrın 12-də təhlükəsizlik məmurları məhkəmə hökmü olmadan təbrizli fəalın evinə basqın edib, axtarış aparıb və onun şəxsi əşyalarını müsadirə edilər.

Qeyd edək ki, son dəfə noyabrın 19-da həbs edilən ictimai fəal və siyasi məhbus Yaşar Təbrizi bundan əvvəl də bir neçə dəfə məhkumluq dövrü yaşayıb.

O, “milli təhlükəsizliyə zərbə vurmaq” və “xarici ölkələrlə əlaqə qurmaq”da günahlandırılır.

Share on Facebook