Medvedyevdən Qarabağla bağlı təxribatçı paylaşım

Bir dəfə qardaş ölkədən olan həmkarım (Paşinyanı nəzərdə tutur-red.) mənə dedi: "Axı mən sizin üçün yadam, məni qəbul etməyəcəksiniz". Mən verməli olduğum cavabı verdim: "Bioqrafiya əsasında yox, addımlarına görə mühakimə edəcəyik". Sonra o, müharibədə məğlub oldu və çox qəribə də olsa, hakimiyyətini qoruya bildi.

Sozcu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

"Daha sonra o, uğursuz məğlubiyyətində məsuliyyətini Rusiyanın üzərinə atdı. Ardınca öz ölkəsinin bir hissəsindən imtina etdi (? - red.). Sonra NATO ilə əlaqələr qurdu, onun arvadı (Anna Akopyan - red.) isə nümayişkəranə şəkildə bizim düşmənimizə qonaq getdi. Təxmin edin indi onu hansı tale gözləyir", - o vurğulayıb.

Qeyd edək ki, Medvedyevin Paşinyan haqda “öz ölkəsinin bir hissəsundən imtina etdi” sözləri təxribatçı, işğala haqq qazandıran ifadə olmaqla yanaşı, işğalın arxasında illərlə Rusiyanın durduğunu da təsdiqləyir.

Share on Facebook