Maşın aşdı: Ata və ana yaralandı, övladları öldü

Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Sozcu.az xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb.

Belə ki, VAZ-21011 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.

Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook