Masallıda intihar hadisəsi baş verib.
Sozcu.az xəbər verir ki, hadisə sübh tezdən rayonun II Yedioymaq kəndində qeydə alınıb.
Orada yaşayan, 27 yaşlı Məhəmməd Rəhmanov yaşadığı evin həyətində özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.