Qarabağda qətliam törədən daha bir erməni cəlladı, Ermənistanın əməkdar artisti Mkrtiç Mkrtçyan ölüb.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Mkrtiç Mkrtçyan 24 aprel 1962-ci ildə Ermənistanın Talin rayonunun Nerkin Sasnaşen kəndində anadan olub.
1988-ci ildə İrəvan Dövlət Konservatoriyasına daxil olub.
1990-cı ildə Mkrtiç Mkrtçyan Tatul Krpeyanın rəhbərlik etdiyi "Getaşen" özünümüdafiə dəstəsinə qoşulub, Çaykənd Azərbaycanın nəzarətinə keçəndən sonra digər erməni dəstələrinə dəstəsinə qoşulub, daha sonra Ağdərədə məskunlaşıb.
Sonralar Mkrtıç Mkrtçyan Şuşanın işğalında, Zəngilan, Füzulu, Kəlbəcər rayonlarınən ələ keçirlməsində iştirak edib.
Mkrtiç Mkrtçyan 2016-cı ildə dörd günlük aprel döyüşlərində və 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı vuruşub. O, 2 oktyabr 2020-ci ildə Suqovuşanda ağır yaralanmışdı.
O, Ermənistan Respublikasının əməkdar artisti olub, qondarma “Dağlıq Qarabağ”ın “İgidliyə görə” və Ermənistan Respublikasının “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.