Kilian Mbappe növbəti mövsümdən PSJ-nin kapitanı olacaq.
Paris klubu hazırkı kapitan Markinyosu bu qərar barədə məlumatlandırıb. Braziliyalı müdafiəçi xəbərə təəccüblənib.
Klub qərarını dəyişməyəcək. Kapitanlığa digər namizəd Presnel Kimpembe də bununla bağlı məlumatlandırılıb.
Kapitan dəyişikliyi həddən artıq təzyiq altında qalan Markinyosun yükünü azaltmaqla əsaslandırılırsa da, qərarın əsas səbəbinin Mbappenin tələbləri olduğu bildirilir.
Mənbə: championat.com