ABŞ, İsrail və İran arasında müharibənin sülh və beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələrə səbəb ola bilər.
Sozcu.az CNN-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
E.Makron mövcud eskalasiyanı hamı üçün təhlükəli adlandıraraq, gərginliyin dərhal dayandırılmasının vacibliyini vurğulayıb:
“Regionda vəziyyətin daha da pisləşməsi qlobal təhlükəsizliyə mənfi təsir göstərə bilər”.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
