Yelisey sarayına kəsilmiş insan barmağının olduğu məktub göndərilib.
Sozcu.az xəbər verir ki, bu barədə “Valeurs Actuelles” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yelisey sarayının yazışma xidməti məktubu iyulun 9-u və ya 10-u tarixlərində alıb:
“Bu, iyulun 14-də milli bayram olan Bastiliya Günü ərəfəsində baş verib. Barmağın sahibi artıq tapılıb. Onun şəxsiyyəti və hadisənin motivləri barədə təfərrüat verilmir”.
Qeyd edək ki, bununla bağlı Yelisey sarayı şərh verməkdən imtina edib.