Makron təsdiqlədi: Ukraynaya "Aster" və "Miraj"lar göndərilir

Ukraynanı dəstəkləmək və Rusiyaya təzyiqi saxlamaq üçün səylərimizi davam etdirmək çox vacibdir.

Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

Makron qeyd edib ki, yaxın həftələrdə Ukraynaya əlavə maliyyə dəstəyinin göstərilməsi üçün səylər göstəriləcək.

Fransa lideri Ukraynaya “Aster” raketlərinin və “Miraj” təyyarələrinin veriləcəyini təsdiqləyib.

Share on Facebook