Fələstin Prezidenti Mahmud Abbas amerikalı həmkarı Co Baydenlə görüşdən imtina edib.
Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat dərc olunub.
Məlumata görə, Fələstin lideri oktyabrın 17-də İsrailin Qəzzada xəstəxana binasına raket zərbəsi endirməsindən sonra bu qərara gəlib.
Qeyd edək ki, M.Abbasın oktyabrın 18-də Co Bayden, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və İordaniya Kralı II Abdullahla görüşü nəzərdə tutulmuşdu.