Madonna gənc boksçu ilə sevgilidir - FOTO

64 yaşlı dünyaca məşhur müğənni Madonna 29 yaşlı boksçu Coş Popperlə görüşməyə başlayıb.

Sozcu.az olay-a istinadən xəbər verir ki, hətta idmançı İnstaqramında bir neçə foto yerləşdirib. Madonna isə həmin şəkilləri hekayələrdə də paylaşıb.

"Daily Mail" müğənniyə yaxın mənbəyə istinadən xəbər verir ki, ulduzun dostluqdan çox idmançı ilə sevgi münasibəti var.

Bildirilir ki, boksçu sənətçinin övladlarına da dərs keçir.

Xatırladaq ki, bir müddət əvvəl Madonna özündən 41 yaş kiçik sevgilisindən ayrılıb. Müğənni 6 aylıq romantikadan sonra 23 yaşlı Endryu Darnellə münasibətini kəsib.

Share on Facebook