Litva Ukraynaya NASAMS raket sistemləri verəcək

Litva Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemləri verəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan əlavə yardım paketinə andidron ləvazimatları, çarpayılar və digər ləvazimatlar daxil olacaq.

Qeyd edək ki, daha əvvəl Almaniya da Ukraynaya yeni hərbi texnika tədarük edib.

Siyahıya əsasən, Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. Həmçinin T-72 tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib.

Share on Facebook