Lənkəranda velosipdçini maşınvurub öldürdü

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

Ş.Səmədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub. Ağır bədən xəsarətləri alan 1981-ci il təvəllüdlü Girdəni kənd sakini Murad Quliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimqədər ölüm faktı qeydə alınıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook