09:40
Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Atəş erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.
Nəticədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir.
Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atəşdən sonra erməni hərbçiləri postlarını tərk ediblər.
***
15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilib.