“Laçın dəhlizinə yalnız Rusiya sülhməramlıları nəzarət etməlidir”.
Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, Laçın dəhlizinə birmənalı olaraq Rusiya sülhməramlıları nəzarət etməlidir,
“Laçın dəhlizi Azərbaycan tərəfindən “bağlanıb”. Bu, təkcə regionda gərginliyin artırılmasına deyil, həm də Qarabağda humanitar böhranın dərinləşməsinə yönəlmiş addımdır.
Rusiya sülhməramlı kontingenti Laçın dəhlizini nəzarətdə saxlamalı və dəhlizin fəaliyyətini təmin etməlidir. Rusiya sülhməramlılarından başqa heç kim dəhlizə nəzarət etməməlidir”, – deyə Paşinyan sərsəmləyib.