Prezident Vladimir Zelenski axşam videomüraciətində ABŞ, Litva, Finlandiya, Almaniya, Yaponiyadan yeni yardım paketləri və dünyanın bütün sahələrdə Rusiyaya təzyiqi artırmaq üçün atdığı digər addımlardan danışıb.
Sozcu.az-ın xəbərinə görə, bu barədə Ukrayna mətbuatı məlumat verib.
“Biz addım-addım və hər yerdə mümkün olan hər şeyi edirik ki, rus revanşizmi Ukraynaya qarşı təcavüzünün hər bir elementində məğlub olsun. Rusiya döyüş meydanında, iqtisadiyyatda, beynəlxalq siyasətdə, tarixi həqiqəti öz imperiya mifləri ilə əvəz etmək cəhdlərində uduzmalıdır. Kreml xalqımızı mənəvi əsarət altına almaq cəhdlərində uduzur, məhz Rusiyanın tammiqyaslı itkisi yeni təcavüz və böhranlara qarşı etibarlı təminat olacaq”, - deyə Zelenski vurğulayıb.