"Belqorod vilayətinin sərhəd rayonlarında Rusiya müxalifətinin silahlı dəstələri ilə hökumət qüvvələri arasında döyüşlər davam edir..."
"Üsyançılar hərbi əsirləri Ukraynaya təhvil vermək niyyətindədir..."
Üsyançılar Belqorod ətrafında Kremlə yeni problem yaradıb
Analitiklər indiyədək Moskvanın Belqorod vilayətindəki üsyana qarşı dəqiq koordinasiyalı reaksiyasını görmür.
Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan edib.
Qeyd edilir ki, Kreml Belqorod vilayətinin sərhədyanı rayonlarında üsyançıların reydlərinə necə münasibət göstərməyi bilmir.
Onlar "Rusiya könüllülər korpusu" və "Rusiyaya azadlıq" legionunun Ukrayna sərhəddindən 3, 5 km məsafədə yerləşən Novaya Tavoljanka qəsəbəsi rayonunda mövcudluğunu təsdiq edir.
Əgər Rusiya Müdafiə Nazirliyi üsyançıların tez bir zamanda Ukrayna ərazisinə sıxışdırılması barədə hesabat verməyə tələsirsə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov qəsəbə yaxınlığında davam edən döyüşlər barədə məlumat verir.
Qarışıqlıq vəziyyəti Qladkovun Rusiya könüllülər korpusunun görüş keçirmək və əsirləri mübadilə etmək barədə çağırışına münasibəti daha da qəlizləşdirib. Qladkov əvvəlcə Şebekino blok-postda görüşə razı olsa da, sonradan fikrini dəyişərək bu görüşdən imtina edib.
"Rusiyanın Belqorod vilayətində məhdud reyd barədə ziddiyyətli cavabları və məlumatları onu sübut edir ki, Rusiya rəhbərliyi bu məhdud transsərhəd reydlərinə necə cavab verməyi qərarlaşdırmayıb", - analitiklər hesab edir.
ISW analitiklərinin fikrincə, Rusiya könüllülər korpusunun çağırışına münasibət bildirmək Qladkovun şəxsi təşəbbüsü olub, bu da hərbçilərlə regionun mülki hakimiyyəti arasında koordinasiyanın olmamasından xəbər verir.
ISW həmçinin Rusiya təbliğatının bu hadisələr barədə bir-birinə əks olan şərhlərə də diqqət çəkib. Bəzi spikerlər əhalini sakitləşdirməyə cəhd edir, digərləri isə, əksinə, Rusiyanın, guya, sağ qalması uğrunda mübarizə aparması barədə narrativi dəstəkləyir.
"Rusiyanın reaksiyası əsasən informasiya təsirinə köklənib və Rusiya rəhbərliyinin ölkənin sərhəd vilayətlərində bundan sonra məhdud reydlərin qarşısının alınması üzrə daha geniş siyasətinin hər hansı əlamətləri yoxdur. Həmçinin Rusiya hakimiyyətinin bu fəaliyyətə cavab olaraq təxliyyəni təşkil edəcəyi aydın deyil", - analitiklər qeyd edib.
Belqorod vilayətində vəziyyət -son xəbərlər
Artıq neçə gündür ki, Belqorod vilayətinin sərhəd rayonlarında Rusiya müxalifətinin (Rusiya könüllülər korpusu və "Rusiyaya azadlıq" legionu) silahlı dəstələri ilə hökumət qüvvələri arasında döyüşlər davam edir.
Bu ərəfədə üsyançılar qubernatora, sadəcə, "ünsiyyət üçün" görüş təklif edib. Bu görüşdə onlar hökumət ordusunun əsir götürülən əsgərlərini təhvil verməyi vəd edib.
Qubernator əvvəlcə görüşə razı olsa da, sonradan alternativ görüş yeri təyin edib. Daha sonra o, fikrini dəyişərək görüşdən imtina edib.
O zaman "Vaqner qrupu" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin əsirləri götürməyə razılaşıb, lakin üsyançılar bəyan edib ki, əsirləri Ukraynaya təhvil vermək daha yaxşıdır.
Bu arada isə yerli hakimiyyət və polisin qaçdığı Şebekino şəhərində ucdantutma talançılıq başlayıb. İndi rusiyalılar Ukraynanın zəbt edilən ərazilərində olduğu kimi kütləvi şəkildə bir-birini talan edir.