Rusiyanın Krasnodar vilayətinin Volna qəsəbəsindəki neft bazasında güclü yanğın baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratev məlumat verib.
“Temryuk rayonunun Volna qəsəbəsindəki neft məhsullarının saxlanıldığı anbar yanıb. İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alanlar olmayıb”, - qubernator bildirib.
Yanğın 1200 kv.m sahəni əhatə edib. Şahidlərin verdiyi məlumata görə, gecə saatlarında ərazidə güclü partlayışlar eşidilib.