“Rusiyanın Qarabağdakı mövcudluğu təhlükəsizlik və vəziyyətin gərginləşməsinin qarşısının alınması baxımından çox mühüm rol oynayıb”.
Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib: “Rusiya və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq qarşılıqlı fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalır. 102-ci hərbi baza fəaliyyət göstərir, sərhədçilərimizin sayı artıb. Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdə müşahidə məntəqələri var. Təbii ki, regional təhlükəsizliyin təmin olunmasında mühüm amil Qarabağdakı sülhməramlı kontingentimizdir. Təəssüf ki, vaxtaşırı onun ünvanına tənqidi fikirlər səsləndirilir. Lakin bu, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsində oynadığımız rolu inkar etməməlidir. İndi dəhlizin bağlı olduğu şəraitdə sülhməramlılar ermənilərə ərzaqların çatdırılmasına köməklik göstərmək baxımından çox mühüm rol oynayırlar”, – Kopırkin vurğulayıb.
HAŞİYƏ: Rusiyalı səfirin sülhməramlıların Qarabağda sülh və təhlükəsizliyin qarantı olması ilə bağlı səsləndirdiyi fikirlər təbii ki, birmənalı qarşılanmamalıdır. Doğrudur, sülhməramlılar ermənilərə hər cür yardım göstərirlər, hətta separatçılara silah daşınmasında da çox yaxından iştirak edirlər. Missiyası bölgədə sülhə xidmət etmək olan “sülhməramlı”ların bu cür dırnaqarası fəaliyyəti isə heç bir halda normal qəbul edilə bilməz. Odur ki, Kopırkinin fikirlərini yalnız erməni auditoriyasına hesablanan absurd çıxış kimi xarakterizə etmək mümkündür. Çünki bölgədə sülh və təhlükəsizliyi təmin etmək istəyən qüvvə separatçıların əlinə silah verərək onları Azərbaycan hərbçisinin üstünə göndərməməlidir.
Sergey Kopırkin daha sonra fikirlərini belə davam etdirib: “Rusiya heç bir şəkildə Ermənistanla müvafiq müqavilələr üzrə götürdüyü öhdəliklərdən imtina etmir. Hərbi-texniki əməkdaşlığa gəlincə, bu, həssas sahədir. Bu sahədə qarşılıqlı əlaqəni təmin etmək üçün müvafiq mexanizmlər mövcuddur. Ermənistana gəlincə, burada vəziyyət ümumilikdə konkretdir. Ermənistanda bizim hərbi bazamız var, qoşunların birgə qrupu fəaliyyət göstərir. Təbii ki, bu, müntəzəm əsasda birgə təlimlərin keçirilməsini nəzərdə tutur. Biz hərbi-texniki əməkdaşlıqdan, birgə təlimlərdən danışarkən bunu Ermənistanın təhlükəsizliyinin təmin edilməsi amili kimi qiymətləndiririk. Amma ümumilikdə mövcud problemlərin və ziddiyyətlərin siyasi yolla həllinə şərait yaradılmalıdır”, – deyə Kopırkin fikirlərini tamamlayıb.konkret