Martın 27-də “Tottenhem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilən Antonio Konte karyerasına fasilə vermək qərarına gəlib.
Sozcu.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
İtaliyalı mütəxəssis “Tottenhem”dən qovulduqdan sonra işə qayıtmağa tələsməyəcək və “Yuventus”un marağına baxmayaraq, bir il fasilə verəcək.
Konte şəxsi həyatında bir neçə dəfə yaşanan ağır sarsıntılardan sonra ailəsi və yaxınlarının əhatəsində olmaq istəyir.
Xatırladaq ki, Konte London komandasının futbolçuları və rəhbərliyi ilə bağlı rezonans doğuran müsahibəsindən sonra “Tottenhem”dən istefaya göndərilmişdi.