HƏMAS təşkilatı 5 günlük atəşkəsin elan edilməsində maraqlıdır.
Sozcu.az xəbər verir ki, bu barədə Fələstinin Maan agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, təşkilat Qəzza zolağında saxlanılan 100 girov müqabilində tərəfdarlarının İsrail həbsxanalarından azad edilməsini tələb edir. İsrail isə beynəlxalq qurumların nəzarəti altında bir neçə saatlıq atəşkəs elan edilməsinə hazır olduğunu bildirib.