KİMİYƏM

Əlini əlimdən üzüb gedəndən,

Anasından ayrı uşaq kimiyəm.

Gözündən quruyan bulaq yerində

Suya həsrət qalan dodaq kimiyəm.

Fərqi yox,yansanda lap Kərəm kimi,

Qorumaq çətindir eşqin ilkini.

Sən mənim qəlbimin daim sakini.

Mən sənin qəlbində qonaq kimiyəm.

Elşadam,halım yox danışam,dinəm.

Ürəyi həsrətdən qırılan mənəm.

Çətin o əvvəlki vaxtıma dönəm.

Vədəsiz saralan yarpaq kimiyəm.

Elşad Kərəmoğlu

Share on Facebook