“Kənddə yeni doğuşlar artıb və oğlan uşaqları üstünlük təşkil edir...”
Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiya "sülhməramlı" hərbi kontingentinin müvəqqəti(!) nəzarətində və separatçı-terrorçu rejimin faktiki işğalında qalan Həsənriz kəndində bu il “yazlıq tərəvəzlərin misli görünməmiş səpini aparılıb”.
Sozcu.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu barədə “Aterk” adlandırılmış kəndin qanunsuz “icma rəhbəri” Vardan Qriqoryan danışıb.
“Həyətyanı və təsərrüfat sahələrində geniş miqyasda kartof və pomidor, lobya, kələm, badımcan, qarğıdalı yetişdirilir. Kənd camaatı blokadanın yaratdığı problem və çətinliklərə rəğmən ümidini üzməyib, əksinə, torpaqla daha fəal işləməyə başlayıb, günün çox hissəsini tarlalarda, bağlarda keçirib. Hazırda icmada əkilməmiş torpaqlar, demək olar ki, yoxdur”, - deyə V.Qriqoryan bildirib.
“Sakinlərimiz iradəli insanlardır. Yalnız ümid etmək olar ki, Artsaxda layiqli sülhün bərqərar olmasını çox gözləməyəcəyik” -deyən erməni məmur, kənddə yeni doğuşlar artdığını və oğlan uşaqlarının üstünlük təşkil etdiyini sevinclə qeyd edib...moderator