Kəlbəcər sakinləri 35 minlik mal-qara oğurladı

Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34800 manat olan 109 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini İlqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Share on Facebook