İsveçrə çempionatının qalibi oldular

“Yanq Boyz” İsveçrə çempionatının 2022/23 mövsümünün qalibi olub.

Sozcu.az xəbər verir ki, Rafael Vikkinin komandası 31-ci turda “Lüsern”i məğlub edərək (5:1) xallarının sayını 64-ə çatdırıb. “Yanq Boyz” sona 5 tur qalmış ən yaxın izləyicisi 18 xal qabaqlayıb. Bununla da “Yanq Boyz” çempionluğu rəsmiləşdirib.

Bern klubu tarixində 16-cı, son 6 ildə isə 5-ci dəfə bu yarışın qalibi olub.

Share on Facebook