İstanbulda güclü partlayış baş verdi: yaralılar var

İstanbulun Çekmeköy səmtində binada güclü partlayış baş verib.

Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, dördmərtəbəli binada yerləşən mənzildə baş verən partlayışın təbii qazdan qaynaqlandığı bildirilib.

İlkin məlumata görə, partlayış zamanı 3 nəfər xəsarət alıb.

Partlayışdan sonra güclü yanğın baş verib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Bildirilir ki, partlayışın baş verdiyi mənzildə əcnəbi bir qadın yaşayıb.

Share on Facebook