İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi

20:51

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.

Sozcu.az xəbər verir ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.

Qeyd edək ki, İsraildə Netanyahunun təklif etdiyi məhkəmə islahatları böyük etirazlara səbəb olub. 26 martda gecə saatlarında Baş nazirini bu təşəbbüsünə qarşı çıxan müdafiə naziri Qalant istefaya göndəriləndən sonra küçə etirazları daha da genişlənib.

Bu gün isə İsrailin ən böyük həmkarlar təşkilatı "Histadrud" bütün dövlət qulluqçularına, o cümlədən xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarına tətilə çıxmaq çağırışı edib. Artıq İsrailin ABŞ və Fransa da daxil olmaqla, 6 ölkədə diplomatik nümayəndəlikləri tətil elan edib.

***

İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.

Bu barədə səfirlikdən məlumat verilib.

"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.

Share on Facebook