İsraildən şok: Hizbullahın yarım milyardlıq bunkeri tapıldı

Livanın paytaxtı Beyrutda xəstəxanalardan birinin altında Hizbullaha məxsus bunker yerləşir və orada 0,5 milyard dollar dəyərində pul və qiymətli əşyalar saxlanılır.

Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

Bu bunkerin Dahiya yaxınlığında Əl-Sahel xəstəxanasının altında yerləşdiyi və onun bir zamanlar Hizbullahın keçmiş lideri Həsən Nəsrullah tərəfindən istifadə edildiyi iddia edilir.

Bildirilib ki, obyekt uzunmüddətli işğal və döyüş əməliyyatlarında istifadə edilməsi üçün nəzərdə tutulub.

Share on Facebook