İsrailin ərəb əsilli vətəndaşlarının üstünlük təşkil etdiyi şəhərlərində qarşıdurmalar başlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Bildirilib ki, iğtişaşların baş verdiyi şəhərlərdən biri Umm-əl-Fahmdır. Burada onlarla vətəndaş şinlər yandıraraq, polislərə sərt predmetlər ataraq çaxnaşma yaradıblar. İki nəfər saxlanılıb.
Həmçinin Sahnin, Qüds şəhərlərində, o cümlədən paytaxt Tel-Əvivin Yaffo rayonunda da etirazlar baş qaldırıb.
Məlumata görə, etirazlar İsrail-Fələstin sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Onu əlavə edək ki, ötən gün İsrail Livandan raket hücumlarına məruz qalıb.