İsrail XİN başçısından Azərbaycanla bağlı açıqlama

Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir.

Sozcu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir.

“Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”, - deyə nazir qeyd edib.

Share on Facebook