İsrail silkələnir: HƏMAS-ın hücumundan 17 gün əvvəl Netanyahu nə edib?

“İsrailin Baş naziri Benyamin Netanyahu ilə ordu arasında gərginlik var, ölkədə çevrilişin olacağı ehtimal edilir”.

Sozcu.az xəbər verir ki, bu barədə Ankaradakı Rusiya Araşdırmaları Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bəzi analitiklər Netanyahunun xalqla ordunu qarşı-qarşıya gətirmək üçün HƏMAS-la əməkdaşlıq edir:

“Baş nazir tez-tez əsgərlərlə foto çəkdirib paylaşsa da, müdafiə naziri Qallanta yaxın hərbçilərin Netanyahuya qəzəbli olduqları deyilir. ABŞ-ın dəstəklədiyi müdafiə naziri Yoav Qallant isə Netanyahuya müxalif rəqib kimi tanınır. Baş nazir HƏMAS-ın hücumuna hazırlıqsız yaxalandıqları, buna görə hər kəsin cavab verməli olacağını bildirib. Qallant isə onun “hər kəs” dedikdə ordu komandirlərini nəzərdə tutduğunu söyləyib”.

Mərkəzin iddiasına görə, Qallant və keçmiş nazir Benni Qantz birləşərək Netanyahunu devirmək, HƏMAS-ın hücumlarına görə bütün məsuliyyəti onun üzərinə atmaq istəyirlər:

“HƏMAS-ın hücumlarından 17 gün öncə Netanyahu və Qallant arasında ciddi mübahisə yaşandı və bu günlər ərzində onlar görüşmədilər. Beləliklə, HƏMAS hücumlarının əslində İsrail ordusu, kəşfiyyat və siyasi qruplar tərəfindən qəsdən təşkil edildiyi, hətta bunun üçün HƏMAS-a yardım olunduğuna dair iddialar getdikcə güclənir. Müxalif qüvvələr bununla İsraildəki hakimiyyət mübarizəsində qalib gəlməyi planlaşdırırlar”.

Qeyd edək ki, həmçinin ordunun hazırda Baş nazirin əmrlərindən kənar hərəkət etdiyi iddia olunur.Globalinfo.az)

Share on Facebook