İsrail səfiri Azərbaycana təşəkkür etdi

Səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm.

Sozcu.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X sosial şəbəkəsindəki hesabında yazıb.

“Sevgi paylaşımları seli, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar - bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Təşəkkür edirəm. Biz qalib gələcəyik”, - səfir qeyd edib.

Qeyd edək ki, HƏMAS və "İslami-Cihad" 7 oktyabrda "Əqsa tufanı" əməliyyatı başladıb və İsrailə hücum edib. Hücum nəticəsində indiyə qədər 700 israillinin öldüyü, 2,2 min nəfərin yaralandığı bildirilir.

Share on Facebook