İsrail rəsmilərində virus aşkarlandı - Baydenlə görüşə bilmədilər

İsrail Prezidenti İsaak Herzoqu ABŞ-a səfəri zamanı müşayiət edən nümayəndə heyətinin bir neçə üzvünün COVID-19 testi müsbət çıxıb. Bu səbəbdən onlar ABŞ lideri Co Baydenlə görüşündə iştirak edə bilməyiblər.

Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, Herzoqun qardaşı, İsrailin ABŞ-dakı səfiri Maykl Herzoq COVID-19 testinin nəticəsi müsbət olduğundan prezidentlərin görüşünə qatılmayıb.

Ondan başqa İsrail hökumətinin Mətbuat Ofisinin fotoqrafının koronavirus testinin nəticəsi müsbət olub və fotoqraf görüşdə iştirak etməyib, onu amerikalı fotoqraf əvəzləyib.

Share on Facebook