İsrail Qəzzaya fosfor bombası atdı - Fələstin XİN

İsrail ordusu beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu döyüş sursatından istifadə edir.

Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, İsrail ordusu Qəzzanın əl-Karama rayonunda bu sursatları tətbiq edib.

Qeyd edək ki, bu cür sursatlar 1949-cu il Cenevrə Konvensiyasının III Protokolu ilə qadağan edilib.

Share on Facebook