İsrail Qəzzanı alıb, iki ölkəyə zərbə endirəcək

Böyük ehtimalla Qəzza zolağını İsrail bir neçə günə nəzarətə götürəcək. Suriya və Livan ərazisində də müəyyən preventiv tədbirlər qaçılmazdır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev hazırda davam edən İsrail-HƏMAS müharibəsi haqda deyib.

Verdiyevin sözlərinə görə, quru əməliyyatları başa çatdıqdan sonra belə İsrail Qəzza zolağında müəyyən nəzarət mexanizmlərini saxlayacaq:

“Hizbullah da əgər HƏMAS-ı dəstəkləməyə cəhd edərsə, onun taleyi HƏMAS-dan fərqli olmayacaq. Daha əvvəlki illərdə olduğu kimi, İsrail Müdafiə Ordusu hər iki tərəfin dayaqlarını kifayət qədər sarsıdacaq”.

Qeyd edək ki, HƏMAS 7 oktyabrda Qəzza zolağından İsrailə kütləvi hücuma keçib. Nəticədə indiyə qədər 900 israillinin öldüyü, 2,7 minə yaxın insanın isə yaralandığı bildirilir.

İsrail ordusu müharibəyə girdiyini elan edib və Qəzzaya ağır zərbələr endirir.

Share on Facebook