"İsrail hakimiyyəti fələstinlilərin insansızlaşdırma siyasətini davam etdirir..."
"Hüquq müdafiəçiləri girovların taleyindən narahatdır, raket zərbələri onlara təhlükə törədir..."
"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatının İsrailin "Qəzzada bütöv aillələri məhv etməkdə" ittiham edən petisiyasını bir milyondan artıq adam imzalayıb.
Sozcu.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.
"İsrail hakimiyyəti fələstinlilərin dehumanizasiyası siyasətini (insansızlaşdırma, yəni subyektin insan nəslinə aid olmasının inkar edilməsinə yönələn hərəkətlər və onun insani hüquqlarının pozulması) davam etdirir, - petisiyada deyilir.
İsrail insanlarla dolu qaçqınlar düşərgələri, xəstəxanalar və BMT-nin rəhbərliyi altında olan məktəbləri bombalayır. Zərbələr məscidlərə, çörəkxanalara, yollara və digər infrastruktur obyektlərinə endirilir. İsrail tərəfdən raket atəşləri dinc sakinlərə təhlükə törədir.
Bundan başqa, HƏMAS və digər hərbi birləşmələrin saxladıqları girovlar da İsrailin bombardmanları səbəbindən təhlükə altındadır", - "Amnesty İnternational" öz narahatlığını ifadə edib.
Nəhayət, petisiyada bölgədə atəşin dərhal dayandırılmasına çağırış yer alıb. Bu, hüquq-müdafiə təşkilatının İsrailin ünvanına yəhudi dövlətinin fələstinlilərə qarşı törətdiyi insanlığa qarşı ağır cinayətlərdə ilk ittihamı deyil.
Noyabrın 11-də "Amnesty İnternational" İsraili fələstinli məhkumları alçaldıcı şəraitdə saxlamaqda ittiham edib.
"İsrail həbsxanalarında saxlanılan fələstinli məhkumlar işgəncələrə və alçaldıcı davranışa məruz qalır, - məlumatda deyilir.
İsrail İordan çayının Qərb sahilində fələstinlilərin inzibati həbslərindən geniş istifadə etməyə başlayıb. Onların hüquqları güclü döyülmələr və alçaltmalar, məsələn, başı aşağı saxlamaq, diz çökmək və İsrail mahnlarını oxumaq öhdəliyi qoyulmaqla pozulur".
20 oktyabr 2023-cü ildə təşkilat İsraildə HƏMAS-a dəstək nümayişlərinə qadağa qoyulmasından qəzəblənib.
Hüquq müdafiəçilərinin fikrincə, bu, demokratiyanın əsaslarına qəsd deməkdir.
Təşkilat belə aksiyaları "Fələstində insan hüquqlarınım müdafiəsinə yönələn etirazlar" adlandırır. Təşkilat bəyan edib ki, "nümayişlərin qadağan edilməsi yalnız son tədbir kimi nəzərdən keçirilə bilər".