İsrail KİV: Xameneinin ofisi tamamilə dağıdıldı

10:51

Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb.

Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib.

Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

***

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi tamamilə dağıdılıb.

Bu barədə anonim İsrail rəsmisi Kanal12-yə danışıb.

Onun sözlərinə görə, Xameneinin həmin vaxt orada olduğu məlum deyil.

Mənbə İranın bütün əsas liderlərinin hədəf alındığını qeyd edib.

Share on Facebook