İsrail İranla 8 cəbhədə müharibəyə hazırlaşır.
Sozcu.az xəbər verir ki, dünən İsrail Prezidentinin Bakıya gəlişi ilə eyni vaxtda İsrail ordusu İran və onun təsiri altında olan formal dövlətlərlə müharibəyə hazırlaşmaq üçün iki həftəlik irimiqyaslı təlimlərə başlayıb.
Eyni zamanda 8 cəbhədə hərbi əməliyyatlar kontekstində müdafiə və hücum əməliyyatlarının işlənməsi planlaşdırılır. Birbaşa İran və onun havadarlıq etdiyi terror qruplarına qarşı İraq, Livan, Suriya, Yəmən, İordan çayının qərb sahilində, Qəzza zolağında, həm də Qırmızı dənizdə hücum əməliyyatları hazırlanır.
Hərbi Hava Qüvvələrinin əməliyyatlarına xüsusi diqqət yetiriləcək. Bundan əlavə, “Hizbullah” hərbi-siyasi təşkilatının (Valla, Maariv) Radvan komandosunun xüsusi təyinatlıları tərəfindən Livandan İsrail ərazisinə müdaxilə ediləcəyi təqdirdə tədbirlər hazırlanacaq.
Radvan mayın 21-də sərhədi yarmaq və İsrail yaşayış məntəqələrini ələ keçirmək üçün təlimlər keçirib və iki gün sonra Livanın cənubundakı qalalarını sərhədə yaxınlaşdırmaq əmri alıb.