İsrail həlak olan hərbçilərinin sayını açıqladı

İsrail ordusu HƏMAS-la toqquşmalarda daha 16 hərbçisinin həlak olduğunu açıqlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın ötən gün başlayan və bu gün də davam edən hücumlarında həlak olan İsrail əsgərinin sayı 73-ə yüksəlib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın hücumu ilə İsraildə müharibə başlayıb.

Share on Facebook