İsrail Fransa ilə İrana qarşı birgə hərəkət edəcək

İsrail İranın bölgə və dünyanı təhdid edən nüvə proqramına qarşı Fransa ilə kordinasiyalı şəkildə mübarizə aparacaq.

Sozcu.az xəbər verir ki, bunu İsrailin XİN başçısı Eli Kohen Çexiyaya səfəri öncəsi mediaya verdiyi açıqlamada bildirib.

“Qərb ölkələrinin koordinasiyalı şəkildə qəti və sürətli addımları, ciddi sanksiyalar İran hökumətinin siyasətində dəyişikliklərə səbəb ola bilər”, -nazir vurğulayıb.

Kohen, həmçinin, qeyd edib ki, o, ABŞ, Fransa, Almaniya və İngiltərədən olan həmkarları ilə birgə MAQATE-ni iyunda keçiriləcək iclasda İrana qarşı təcili addımlar atmağa sövq etmək üçün məsləhətləşmələr aparıb.

Share on Facebook