İsrail Avropa ölkəsinə 252 milyon dollarlıq silah satır

İsrailin "Elbit Systems" şirkəti adı açıqlanmayan NATO üzvü olan Avropa ölkəsi ilə 252 milyon dollar dəyərində iki müqavilə imzaladığını açıqlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Məlumat görə, şirkət sözügedən ölkəyə iki il ərzində 119 milyon dollar dəyərində ATMOS mobil haubitsa sistemləri batalyonu, 133 milyon dollar dəyərində iki PULS MLRS sistem batareyası və mərmi tədarük edəcək.

Share on Facebook