Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə İran PUA-ları (“Şahid”) ilə hücum edib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Şahid” hücum dronları Ukraynaya Rusiya ərazisindən atılıb.
Hava hücumunun dəf edilməsinə Ukrayna ordusunun qırıcıları, zenit-raket bölmələri və mobil atəş qrupları cəlb olunub.
Əməliyyatlar nəticəsində 31 PUA-dan 30-u məhv edilib. “Şahid”lər Dnepropetrovsk, Kiyev, Vinnitsa, Çerniqov, Sumı, Poltava, Çerkassı, Xerson, Zaporoje, Nikolayev və Xmelnitski vilayətlərində vurulub.