Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna qarşı təxribat törədilib.
Sozcu.az xəbər verir ki, Baş Konsulluğun binası qarşısına naməlum şəxslər tərəfindən "Hüseyniyyun" terror təşkilatının bayraqları qoyulub. Ərazidə xidmət aparan polis əməkdaşları təxribatın qarşısını almaq üçün müdaxilə etməyib.
"Azad İran" teleqram kanalları bununla bağlı görüntülər paylaşıb.
Qeyd edək ki, martın 31-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Azərbaycanın İsraildə səfirlik açmasına etirazlarını bildiriblər. Etirazçılar konsulluğun bağlanması tələbi ilə şüarlar səsləndirib, təxribatçı fikirlər irəli sürüblər.