Hakimiyyət xalqdan hiyləgər səhnələşdirmə ilə seçib təyin etdiyi özünə tabe şəxslərdən ibarət siyahıya səs verməyi tələb edir. Bu seçki nümayişində iştirak etməyəcəyik.
Bu barədə İran Milli Cəbhəsinin bəyanatında bildirilib.
Bəyanat müəllifləri seçkilərin nümayiş olduğunu, heç bir müstəqil şəxsin namzədliyinin təsdiq edilmədiyini yazıb, vətəndaşları seçkiləri boykot etməyə çağırıblar.
Qeyd edək ki, 1949-cu ildə baş nazir Məhəmməd Müsəddiqin qurduğu İran Milli Cəbhəsində 4 partiya və çox sayda nüfuzlu şəxslər təmsil olunur.
İranda XXII çağırış parlament seçkiləri martın 1-də keçiriləcək.