İranın cənubunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 207 min nəfər əhalisi olan Sircan şəhərindən 130 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.