Son vaxtlar İranda mollalara qarşı hücumların davamında daha bir molla İbrahim Fazili öldürülüb.
İran mediasının verdiyi məlumata görə, ayətullah Fazil Əstərabadinin oğlu olan mollanın meyiti Mazəndəran əyalətinin Xəzər sahilində aşkar edilib.
Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb.
O, bir neçə gün əvvəl molla və cümə imamlarını təhlükə və hücumların artdığını söyləyib.
Fəllahiyan bunun qarşısının alınması üçün onların döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.