İranın cənub-qərbində, Xuzistan əyalətinin Heftgel və Məscid əl-Süleyman şəhərlərində ardıcıl zəlzələlər baş verib.
Sozcu.az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, Xuzistan əyalətinin Heftgel şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerli vaxtla saat 07.32-də yerin 10 kilometr dərinliyində baş verib.
Yerli vaxtla saat 07.53-də isə Xuzistanın Məscid əl-Süleyman şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
Zəlzələ bölgələrinə 6 qiymətləndirmə qrupu göndərilib.
Hadisələr nəticəsində 20-dək adamın xəsarət aldığı bildirilir.