İran darmadağın ediləcək – İsrail xəfiyyəsi

Hizbullahın İsrailə qarşı ikinci cəbhə açması ehtimalı qalmaqdadır, amma çox azdır.

Sozcu.az xəbər verir ki, bu sözləri İsrail “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi erməni mediasına açıqlamasında Hizbullahın İsrail ordusunun Qəzzaya quru əməliyyatına başlayacağı halda İsrailə qarşı hərbi əməliyyatlara qoşulacağı barədə açıqlamasını şərh edərkən deyib.

Ekspert bildirib ki, buna cavab olaraq İsrail Hizbullahı məhv etmək üçün hərəkətə keçəcək:

“İsrail Hizbullahı İranın yaratdığı və Tehrana tabe olan bir təşkilat kimi görür. Odur ki, hadisələr çox tez İranın özünə qarşı birbaşa hərbi əməliyyatlarla nəticələnə bilər ki, buna da böyük ehtimalla ABŞ da qoşulacaq. İran üçün bu, özünəqəsd ssenarisidir. İranın bütün siyasi, texnoloji, iqtisadi nailiyyətləri məhv ediləcək”.

Kedminin sözlərinə görə, İranın özü məhv edilməyəcək:

“Çünki o, güclü dövlətdir və bunu etmək mümkün deyil, lakin zərbələr ölkənin iqtisadiyyatı və infrastrukturu üçün ölümcül olacaq. Buna görə də Tehran, çox güman ki, Hizbullahın bu avantüraya cəlb olunmasına imkan verməyəcək”.

Share on Facebook